Londonda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib - FOTO

27-02-2024, 08:28           
Londonda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib - FOTO
Londonda Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün anım abidəsi ziyarət olunub.

Bu barədə Böyük Britaniya səfirliyindən məlumat verilib.

Londonda yaşayan Azərbaycan icmasının üzvləri, Azərbaycanın Londondakı səfirliyinin əməkdaşları və Britaniyada təhsil alan tələbələr Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Londonda “Memorial Garden”in önündə toplaşıblar.

Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olduqdan sonra, abidə önündə qərənfil gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən səfir Elin Süleymanov Xocalı Faciəsi qurbanlarının qanının müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev sayəsində yerdə qalmadığını, artıq Xocalı şəhəri də daxil olmaqla bütün Azərbaycan ərazisində şanlı bayrağımızın qürurla dalğalandığını bildirib.

London Azərbaycan Evinin rəhbəri Əli Təkin Atalar, Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyev, iş adamı Şahin Vəlisoy və digər qonaqlar soyqırımı hadisəsi ilə bağlı fikirlərini bölüşüblər. Bütün tədbir iştirakçıları məşəqqətli illərdən keçən Azərbaycan xalqının bu gün rifaha çatdığını, cənab Prezident və qalib ordumuz sayəsində bütün dünyada başı uca təmsil olunduqlarını vurğulayıblar.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru