Putin 2 hərbi dairə yaratdı: Savaşa hazırlaşır

28-02-2024, 16:38           
Putin 2 hərbi dairə yaratdı: Savaşa hazırlaşır
Rusiya Prezidenti Vladimir Putin NATO-ya qarşı hərbi təcavüzün hazırlıqlarına başlayıb.

TEREF axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

Putinin 26 fevralda verdiyi iki fərmana əsasən, Qərb Hərb Dairəsi ləğv olunur, əvəzində isə Moskva və Leninqrad Hərbi dairələri yaradılır.

“Əvvəllər Qərb Hərbi Dairəsi Rusiyanın Ukrayna, Belarus və Baltikyanı ölkələrlə sərhədini əhatə edirdi. Onun strateji vəzifələrinə müharibə başlayandan sonra Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı əməliyyatlarına nəzarət, habelə NATO ilə mümkün qarşıdurmaya hazırlıq daxil idi. İndi isə Leninqrad Hərbi Dairəsi NATO-nun şimal-şərq sərhədi, Moskva Hərbi Dairəsi isə Ukrayna və Polşanın şimal-şərq hissəsi boyunca yerləşəcək. Bu, Moskvaya eyni vaxtda NATO-ya qarşı mövqe tutmağa və Ukraynada hərbi əməliyyatlara komandanlıq və nəzarəti sadələşdirməyə imkan verəcək”, – hesabatda bildirilib.

İnstitutun analitikləri qeyd edir ki, Putin Finlandiyanın 2023-cü ildə NATO-ya qəbulundan sonra Leninqrad Hərbi Dairəsinin yaradılmasının vacibliyindən danışmışdı:

“Leninqrad və Moskva Hərbi dairələrinin bərpası qısa və ortamüddətli perspektivdə Rusiyanın Ukraynadakı əməliyyatları üzərində nəzarəti gücləndirmək və uzunmüddətli perspektivdə NATO-ya qarşı genişmiqyaslı konvensional müharibəyə hazırlaşmaq kimi paralel məqsədlərə cavab verir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.