Tramp üçüncü ştatda keçirilən praymerizdən kənarlaşdırılıb

29-02-2024, 09:10           
Tramp üçüncü ştatda keçirilən praymerizdən kənarlaşdırılıb
ABŞ-ın İllinoys ştatında hakimin Donald Trampı respublikaçıların dövlət başçısı vəzifəsinə namizədlər üçün keçirilən ilkin səsvermədə iştirakdan kənarlaşdırması qərarı konstitusiyaya ziddir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə namizəd olan Donald Trampın seçkiqabağı qərargahı məlumat yayıb.

Namizədin təşviqat qərargahı hakimin qərarının konstitusiyaya zidd olduğunu və “tezliklə şikayət etməyi” planlaşdırdıqlarını vurğulayıb. Açıqlamada qeyd edilib ki, Tramp seçki bülletenində namizədlər siyahısında qalacaq. O, yarışda da liderliyini qorumağa davam edir.

Qeyd edək ki, 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək istəyən Tramp Cənubi Karolinada keçirilən praymerizmdə böyük qələbə qazanmışdı. Həmçinin 2023-cü ildə Tramp Men və Kolorado ştatlarında keçirilən önseçimlərdə də iştirak etmək hüququndan məhrum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru