Ərdoğanın mesajı Paşinyanın manevr imkanlarını artırır

2-03-2024, 11:54           
Ərdoğanın mesajı Paşinyanın manevr imkanlarını artırır
Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “Antalya Diplomatiya Forumu 2024”ün açılış mərasimində çıxışı zamanı “Türkiyə Ermənistanla münasibətlərin normallaşdırma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcək” deməklə İrəvana mesaj göndərmiş oldu. Yəni Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasını və sərhədlərin açılmasını istəyirsə, ilk növbədə Azərbaycanla razılaşma əldə etməlidir. İrəvanın Türkiyə və Azərbaycan mövzularını bir-birindən ayırması siyasəti nəticə vermədi.
Əslində Ankaranın bu siyasəti Ermənistanın baş naziri Nikol Paşinyanın manevr imkanlarını artırmalı və o erməni cəmiyyətini inandırmalıdır ki, iki qonşusuyla problemlərin həlli və ölkəsinin regional əməkdaşlığa qoşulması Azərbaycanla sülh və ya çərçivə sazişinin imzalanmasından keçir. Antalya forumunda çıxış edən prezidentin köməkçisi Hikmət Hacıyevin də Ermənistana mesajı var idi ki, Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur, bunu yayanlar bölgədə sülh istəməyən mərkəzlərdir. Türkiyənin xarici işlər naziri Hakan Fidan da Antalyadakı Forumda çıxış edərkən, Azərbaycanla Ermənistan münasibətlərini normallaşdırmağa çox yaxın olduğunu bildirib. Top yenə Ermənistanın meydanındadır.
Elxan Şahinoğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.