"ABŞ öz avtomobil sənayesinə zərər verəcək"

2-03-2024, 17:38           
"ABŞ öz avtomobil sənayesinə zərər verəcək"
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning paytaxt Pekində keçirilən mətbuat konfransında ABŞ-ın ticarət proteksionizm motivi ilə hərəkət etdiyini və Çin istehsalı olan avtomobillərin Amerika bazarına daxil olmasını əngəlləmək istədiyini müdafiə etdi.

News24.az xəbər verir ki, Çinin avtomobil sənayesinin ABŞ istehsalçıları da daxil olmaqla bütün qlobal şirkətlərə açıq olduğunu ifadə edən sözçüsü Mao, "ABŞ-ın iqtisadi və kommersiya məsələlərini siyasiləşdirməsi yalnız öz avtomobil sənayesinin inkişafına zərər verəcək" dedi.

Sıx bazar rəqabətində Çin istehsalı olan avtomobillərin "ədalətsiz tətbiqləri" ilə deyil, texnoloji yenilikləri və üstün keyfiyyəti ilə seçildiyinə diqqət çəkən Mao, "ABŞ-ı bazar iqtisadiyyatına, ədalətli rəqabət prinsiplərinə hörmət etməyə və ayrı-seçkilikçi təzyiq göstərməyə çağırırıq" deyə əlavə edib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden fevralın 29-da verdiyi açıqlamada, internetə qoşulan elektrikli avtomobillərin Amerika vətəndaşlarının şəxsi məlumatlarına potensial milli təhlükəsizlik riskləri səbəbindən Çindən gətirilən elektrik avtomobilləri ilə bağlı araşdırma aparılmasına göstəriş verdiyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.