Rusiya İrəvanın KTMT-də iştirakı ilə bağlı yekun qərarını gözləyir

2-03-2024, 16:46           
Rusiya İrəvanın KTMT-də iştirakı ilə bağlı yekun qərarını gözləyir
Rusiya İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı ilə bağlı yekun qərarını gözləyir.

TNS xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumunun yekun nəticələrinə dair mətbuat konfransında jurnalistlərə bildirib.

Nazir qeyd edib ki, Ermənistanın KTMT-dəki statusu ilə bağlı qərar verməsinin vədəsi yetişib.

Lavrovun sözlərinə görə, KTMT-nin Ermənistanı Qarabağ münaqişəsinin həllində tək qoyması ilə bağlı bəyanatlar həqiqətə uyğun deyil:

“Təəssüflər olsun ki, İrəvan Rusiya ilə münasibətləri pisləşdirmək siyasəti yürütmək qərarına gəlib. Bu, müttəfiqlik münasibətləri çərçivəsinə sığmır. Ermənistan Rusiya ilə əlaqələri kəsmək üçün İrəvana təkid edən regiondan kənardakı ölkələrə arxalanmaq qərarına gəlib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru