Rusiya NATO-nun genişlənməsinə necə cavab verəcək?

3-03-2024, 12:27           
Rusiya NATO-nun genişlənməsinə necə cavab verəcək?
Finlandiya və İsveçin onilliklər ərzində özlərinə yalnız fayda verən neytrallıqlarını NATO blokuna daxil olmaq üçün nə qədər tez dəyişdirdiklərini görmək təəccüblüdür.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada keçirilən diplomatik forumda jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, Rusiya artıq bununla bağlı təşkilati qərarlar qəbul edib, Moskva və Leninqrad hərbi dairələri yaradıb.
“Oraya əlavə silahlar yerləşdiriləcək”, - deyən Lavrov, bu silahların Finlandiya və İsveçdə yarana biləcək çətinliklərə adekvat olacağını qeyd edib.

Mənbə: mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru