Krım üçün təhlükə mövcuddur - Aksenov

4-03-2024, 15:43           
Krım üçün təhlükə mövcuddur - Aksenov
Ukrayna xüsusi xidmət orqanlarının Krımda təxribat törətmək cəhdləri xüsusi hərbi əməliyyat başlayandan daha intensiv hal alıb.

“İki sahil” xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Krımın rəhbəri Sergey Aksenov bildirib.

O bildirib ki, Krım üçün təhlükə 2014-cü ildən mövcuddur.

"2022-ci ilin fevral ayına qədər Ukrayna Krım ərazisində terror aktları, diversiya və müxtəlif təxribatlar təşkil etməyə cəhd edib. Xüsusi hərbi əməliyyat başlayandan sonra bu cəhdlər daha çox, şiddətli və mürəkkəb xarakter alıb", - deyə agentliyin həmsöhbəti bildirib.

Bölgə rəhbəri qeyd edib ki, onlar Ukrayan tərəfinin bütün addımlarını bilirlər. “Burada kimlərdir və nəyə hazırlaşırlar… Artıq dediyim kimi, Krım ərazisində diversiya aktları törədənlər istisnasız olaraq saxlanılıb, iş davam edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru