Almaniya Rusiya ilə yenidən toqquşacaq?

4-03-2024, 16:24           
Almaniya Rusiya ilə yenidən toqquşacaq?
“Bundesver zabitləri arasındakı söhbət Almaniyanın Rusiya ilə müharibəyə hazırlaşdığını göstərir”. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında bildirib.

“Bundesver zabitlərinin söhbətini raket və tank oyunları kimi təqdim etmək cəhdləri pis niyyətli yalandır. Almaniya Rusiya ilə müharibəyə hazırlaşır”, - deyə siyasətçi qeyd edib.

O etiraf edib ki, siyasi rəhbərliyin bununla heç bir əlaqəsi yoxdur.

Belə bir açıqlamanın fonunda yaxın gələcəkdə iki dövlət arasında genişmiqyaslı hərbi münqaişə proqnozlaşdırılırmı?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan siyasi şərhçi Mətin Məmmədli bildirib ki, ümumən Ukrayna müharibəsinin qlobal münaqişəyə çevirilmə ehtimalı olduqca böyükdür:

“Ukrayna və Rusiya arasında davam edən müharibə bötövlükdə İkinci Dünya Müharibəsindən sonra miqyasına və nəticələrinə görə Avropada ən böyük hərbi münaqişə hesab olunur. Belə bir münaqişənin gələcəkdə daha da genişmiqyaslı xarakter alması potensialı var.

Nəzərə alınmalıdır ki, müharibənin əsasında dayan əsas amillərdən biri Qərblə Rusiya arasında olan geosiyasi qarşıdurmadır. Hər iki tərəf üçün də Ukrayna çox ciddi bir məsələdir. İsər Qərb ölkələri, istərsə də Rusiya strateji və geostrateji hədəflərində Ukrayna böyük əhəmiyyət daşıyır. Təbii ki, belə bir münaqişənin daha da genişlənməsi ehtimalı var”.

M. Məmmədli Almaniya və Rusiya arasında baş verə biləcək hərbi münaqişənin Üçüncü Dünya müharibəsinə səbəb ola biləcəyini vurğulayıb:

“Hesab edirəm ki, tərəflər bir qədər ehtiyatlıdır. Ona görə də yaxın gələcəkdə hansısa qabaqcıl Avropa ölkəsinin Rusiya ilə hərbi baxımdan qarşı-qarşıya gələcəyini düşünmürəm”.

Nazim Hacıyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.