ABŞ Ali Məhkəməsi Trampa icazə verdi

5-03-2024, 11:44           
ABŞ Ali Məhkəməsi Trampa icazə verdi
ABŞ Ali Məhkəməsi Kolorado məhkəməsinin sabiq Amerika lideri Donald Trampın martın 5-də regionda keçiriləcək prezidentliyə namizədlər üçün ilkin səsvermədə iştirakına icazə verməməsi barədə qərarını rədd edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Ali Məhkəməsinin saytında məlumat verilib.

Qeyd olunub ki, Kolorado Ali Məhkəməsinin qərarını qüvvədə saxlamaq olmaz və ABŞ Ali Məhkəməsinin 9 üzvünün hamısı bununla razıdır.

Tramp bundan əvvəl İllinoys hakiminin onu ştatın seçki bülletenindən çıxarmaq qərarına qarşı apellyasiya vermişdi.

Trampın hüquqşünaslar komandası İllinoys Apellyasiya Məhkəməsinə şikayət ərizəsi verib və hakimdən hakimin qərarını ləğv etməsini istəyib. Bundan sonra Porter Trampın vəkillərinə işdən apellyasiya şikayəti vermək üçün əmrin icrasını martın 1-dək dayandırıb.

Sabiq prezidentin vəkilləri iddia edirlər ki, Trampın adının səsvermə bülleteninə salınması ştatda keçiriləcək ilkin seçkilər öncəsi “seçicilərin çaşqınlığı” riskini azaldacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru