Paris, Afina və Dehli Ermənistanla hərbi əməkdaşlıqlarını genişləndirərkən,...

5-03-2024, 09:38           
Paris, Afina və Dehli Ermənistanla hərbi əməkdaşlıqlarını genişləndirərkən,...
Fransa və Hindistanın ardınca Yunanıstan da Ermənistanla hərbi əməkdaşlığı genişləndirmək yolundadır. Yunanıstanın müdafiə naziri Nikos Dendias Ermənistana səfəri zamanı İrəvanda əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib. Birincisi, yunan nazir erməni həmkarı Suren Papkiyanla görüşdən sonra deyib ki, Ermənistan şirkətlərini Yunanıstanın hərbi sahədəki innovasiya araşdırmalarında iştiraka dəvət edib. İkincisi, Yunanıstanın hərbi təhsil müəssisələrinin kurslarında erməni hərbçilərin sayı artırılacaq. Üçüncüsü, Yunanıstan, Yunan Kipri və Ermənistan arasında hərbi ittifaqın gücləndirilməsi üçün yeni təşəbbüslər araşdırılacaq.
Fransa, Hindistan və Yunanıstanın hərbi sahədə Ermənistanla sıx əlaqələri olmalarına rəğmən, bu ölkələrin Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşları Azərbaycandır, rəqəmlər də bundan xəbər verir. Fransanın “Total” şirkəti “Şahdəniz” yatağında paya malikdir və bunun hesabına qazanc əldə edir, Hindistan Azərbaycanı neftinin, Yunanıstan isə Azərbaycanı qazının əsas alıcılarındandır. Buna baxmayaraq, Paris, Afina və Dehli Ermənistanla hərbi əməkdaşlıqlarını genişləndirərkən, Azərbaycan amilini diqqətə almırlar. Əlbəttə, biz gəlirlərimizi artırmaq məqsədilə heç bir ölkə ilə iqtisadi əlaqələrdən imtina etməməliyik. Bununla yanaşı diplomatiyamız Ermənistana silah və hərbi texnika satan və qonşu ölkənin ordusunu gücləndirən ölkələrə bunun Azərbaycanda mənfi qarşılandığını da tez-tez xatırlatmalıdır.
Elxan Şahinoğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.