“Alman jurnalistlər Rusiyanı tərk edəcəklər” - Mariya Zaxarova

6-03-2024, 07:24           
“Alman jurnalistlər Rusiyanı tərk edəcəklər” - Mariya Zaxarova
“Almaniya hakimiyyət orqanları rusiyalı müxbirlərə toxunarsa, alman jurnalistlər Rusiyanı tərk edəcəklər”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Demək istəyirəm ki, onlar (Almaniya hakimiyyət orqanları - red.) Berlindəki diplomatik kanallar vasitəsilə bu barədə artıq məlumatlandırılıblar. Əgər onlar rusiyalı müxbirlərə toxunsalar, planlarını sona qədər çatdırsalar, alman jurnalistlər Rusiyanı tərk edəcəklər”, - deyə Rusiya XİN sözçüsü bildirib.
Mənbə: info.sibnet.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru