Ukraynada yaşayan həmyerlimizə qarşı ittiham irəli sürülüb (FOTO)

6-03-2024, 08:47           
Ukraynada yaşayan həmyerlimizə qarşı ittiham irəli sürülüb (FOTO)
İdrak Camalbəyli: “Erməni diasporu Ukraynada fəal olan azərbaycanlını zərərsizləşdirmək istəyir”

“Ukraynada müharibə başlayan gündən humanitar və hərbi məqsədli aksiyalar keçirən soydaşımız Alim İbrahimli erməni diasporunun hədəfinə çevrilib. İki il ərzində minlərlə insana kömək edən, ordu üçün lazımi texnikaları alıb cəbhə bölgəsinə aparan Alim İbrahimliyə qarşı saxta ittihamlar irəli sürülür”

AzToday.az xəbər verir ki, bu barədə jurnalist İdrak Camalbəyli sosial şəbəkə hesabında məlumat paylaşıb.
O deyib ki, sabah Kropivniçkiy şəhərində Alimin məhkəməsi keçiriləcək: “Qəribəsi də odur ki, işi aparan prokuror ermənidir. Ona Ukrayna vətəndaşlarını hərbidən yayındırmaq kimi saxta ittihamlar irəli sürülüb. Halbuki, Alim İbrahimli istəsə belə, gəncləri hərbidən yayındıra bilməz. İşin mahiyyəti budur ki, erməni diasporu Ukraynada fəal olan azərbaycanlını zərərsizləşdirmək istəyir”.

İ.Camalbəylinin sözlərinə görə, Alim İbrahimli öz imkanları hesabına dəfələrlə Ukraynada Xocalı soyqırımının tanıdılması, Azərbaycan xalqının başına gələn faciəli hadisələrlə bağlı tədbirlər keçirib.

O, həmçinin son illər Zəfər Günü başda olmaqla, milli bayramlarımızla bağlı tədbirlər də keçirib. Bu müddətdə dəfələrlə Ukraynada yaşayan ermənilərlə konflikt yaşayıb, amma bunu heç vaxt ictimailəşdirməyib. Ümid edirik ki, vətənpərvər qardaşımıza Azərbaycan səfirliyi, diasporu da dəstək olacaq. Vətənpərvər, milli ruhlu, Ukrayna sevdalı soydaşımıza dəstək olmaq hər birimizin borcudur”, – deyə jurnalist qeyd edib.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.