Paşinyan tarana gedir - Kremlin cavabı nə olacaq? (ŞƏRH)

7-03-2024, 16:38           
Paşinyan tarana gedir -
"Fikrimcə, Ermənistan hava limanını öz nəzarətinə götürmək istəyinə nail olacaq. Amma onu belə bir şouya çevirməsi İrəvana baha başa gələ bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Ermənistan baş naziri Nikol Paşinyanın İrəvandakı "Zvartnos" aeroportundan Rusiya sərhədçilərinin çıxarılması ilə bağlı Moskvaya müraciət etməsinə münasibət bildirərkən deyib.

"İrəvanın bu istəyi tamamilə təbii addımdır. İrəvanın istəyində cığal əməli yoxdur və başa düşüləndir. Sadəcə bunu belə şouya çevirmək İrəvan üçün o qədər də uğuru seçim deyil. Ermənilərə baha başa gələcək məsələ elə məhz bu istəyin şouya çevrilməsi olacaq", deyə şərhçi bildirib.

Həmsöhbətimizə görə, Rusiya yəqin ki, İrəvan tərəfindən bu formada aşağılanmasını bağışlamayacaq:

"Rusiyada getdikcə Ermənistana ciddi şəkildə cavab verməyin vacib olduğu baxışı üstünlük təşkil edir. İndiki şəraitdə Rusiyanın buna imkanları da var. Bu proses də sadəcə aeroportu öz nəzarətinə götürməklə məhdudlaşmayacaq. Həmin proses böyük bir zəncirin halqasıdır. Nəqliyyat və dövlət təhlükəsizliyi ehtiyaclarından daha çox, anti-Rusiya tədbirlərinin bir həlqəsinə çevrilir".

Qeyd edək ki, "Evronyus”un məlumatına görə, Ermənistan baş naziri Nikol Paşinyan "Zvartnos” aeroportundan Rusiya sərhədçilərinin çıxarılması üçün Moskvaya müraciət ünvanlayıb.

Artıq xeyli müddətdir ki, İrəvan bu məsələni qaldırıb. Qərbin dəstəyilə Paşinyan "Zvartnos” aeroportuna nəzarəti yenidən öz əlinə almaqda israrlıdır.

Rüfət Sultan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru