Putinin alman zabitlərə qarşı əməliyyatı: "Şolts axmaq duruma düşdü" - Politico

8-03-2024, 09:14           
Putinin alman zabitlərə qarşı əməliyyatı: "Şolts axmaq duruma düşdü" - Politico
Krım körpüsünə mümkün zərbələr barədə Almaniya hərbçiləri arasında danışıqların yayılması kansler Olaf Şoltsun mövqeyinə ciddi zərbə oldu. Bu, Rusiya prezidenti Vladimir Putinin üstünlüyünü nümayiş etdirdi.

TEREF xəbər verir ki, bu barədə Politico-nun köşə yazarı Metyu Karniçniq bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Putin uzun illərdən sonra hələ də qəlbən kəşfiyyatçı olaraq qalır.

“Rusiyanın düşmənlərini aldatmaqdan daha böyük problem yoxdur”, - Karniçniq qeyd edib.

O, qeyd edib ki, “ustalıqla həyata keçirilən əməliyyat” Almaniya kanslerini axmaq vəziyyətdə qoyub. Nəşrin köşə yazarı səs yazısında deyilənləri heç birininy manipulyasiya olmadığını vurğulayıb. \\BakuPost












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru