Estoniyanın Baş naziri Avropa Komissiyasının başçısı postuna namizədliyinin irəli sürülməsindən imtina edib

8-03-2024, 18:14           
Estoniyanın Baş naziri Avropa Komissiyasının başçısı postuna namizədliyinin irəli sürülməsindən imtina edib
“Mən bu təklifin həm müsbət, həm də mənfi tərəflərini ətraflı nəzərdən keçirdim, lakin Avropa Liberal və Demokratlar Alyansının rəhbərliyini məlumatlandırdım ki, bu rolu üzərimə götürməyəcəyəm” – o deyib.

“Mənim namizədliyimin irəli sürülməsi Estoniyaya iri debatlarda problemlərimizi qaldırmaq üçün yaxşı fürsət verəcək. Lakin bu iş mənim namizədliyim irəli sürülmədən də yerinə yetirilə bilər”, - deyə Kallas əlavə edib.

İyunun 6-9-da keçirilməsi nəzərdə tutulan seçkilər Avropa İttifaqının əsas təsisatlarının, o cümlədən Avropa Komissiyasının birinci şəxslərinin təyinatı ilə nəticələnəcək.

Hazırda Avropa Komissiyasına Ursula Fon der Lyayen başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru