Ukraynada İçkeriyanı işğaldan azad edəcək çeçen ordusu yaradılır - Zakayev

8-03-2024, 16:48           
Ukraynada İçkeriyanı işğaldan azad edəcək çeçen ordusu yaradılır - Zakayev
Ukraynada Çeçen ordusu bərpa olunur və sonradan Çeçenistan İçkeriya Respublikasını işğaldan azad edəcək .

KONKRET.az xəbər verir ki, bu barədə mühacirətdə olan Çeçenistan hökumətinin sədri Əhməd Zakayev bildirib.

Zakayevin sözlərinə görə, Rusiyanın genişmiqyaslı hücumu başlayandan sonra İçkeriya hökuməti Ukraynaya göndəriləcək dəstələrin yaradıldığını açıqlayıb və çeçen könüllülərinin ilk bölmələri 2014-cü ildə Ukraynada peyda olub.

İndiki mərhələdə İçkeriya Silahlı Qüvvələrinin çeçen ordusunun dirçəlişi başlayıb. Artıq Müdafiə Nazirliyi formalaşdırılıb, bölmələr, batalyonlar yaradılıb.

Zakayev bildirib ki, bu bölmələr Çeçenistan İçkeriya Respublikasının Silahlı Qüvvələrinin döyüşçüləridir.

O, əmin edib ki, bu bölmələr müharibənin sonuna qədər Ukraynada olacaq və rusları məğlub etməyə kömək edəcək.

Ukraynanın gələcəkdə Çeçenistanın Kadırov rejimindən azad edilməsinə kömək edəcəkmi sualına Zakayev belə cavab verib: “Ukrayna artıq kömək edir”.

“Bu gün biz Avropa İttifaqı səviyyəsində Qafqaz xalqlarının və dövlətçiliyinin bərpası üzrə Dövlət Komitəsinin yaradılmasına nail olduq.Bu, Rusiyanın və Rusiya İmperiyasının deinteqrasiyasına böyük töhfə verəcək hüquqi və siyasi platformadır. Bütün bunlar Ukrayna dövlətinin dəstəyi ilə baş verir”, – deyə Zakayev qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.