Simonyan Soçidə Nikolu təhqir etdi, qalmaqal yarandı

8-03-2024, 17:18           
Simonyan Soçidə Nikolu təhqir etdi, qalmaqal yarandı
Rusiyanın Soçi şəhərində keçirilən Dünya Gənclər Forumu zamanı rusiyalı təbliğatçı Marqarita Simonyanın Ermənistan Baş naziri Nikol Paşinyan haqda təhqiramiz sözləri qalmaqala səbəb olub.

TEREF axar.az-a istinadən bildirir ki, erməni mediası Simonyanın Paşinyanı “xain” adlandırmasından sonra forumda iştirak edən erməni gənclərin əsəbiləşdiyini və etiraz əlaməti olaraq forum başa çatmamış Ermənistana qayıtdığını qeyd edib.

Qalmaqal isə belə başlayıb: M.Simonyan Ermənistanda rus sərhədçilərin Zvartnots hava limanından çıxarılması ilə bağlı səsləndirilən bəyanatlara və ümumiyyətlə, antirusiya əhval-ruhiyyəsi haqda danışıb. Forumda iştirak edən erməni qız isə “Belə bir vəziyyətdə erməni gənclər nə etməlidir” sualını verib.

“Ermənistan gəncləri bilməlidir ki, Paşinyan satqındır və Ermənistanı tam məhvə aparır. O, hakimiyyətdə qalmaqda və erməni cəmiyyəti də onu dəstəkləməkdə davam etsə, Qarabağ kimi, 5 il ərzində Ermənistan da ümumiyyətlə, mövcud olmayacaq…” – Simonyan deyib.

Qeyd edək ki, Ermənistan nümayəndə heyətinin tərkibinə gənclər və idman nazirinin müavini Artur Martirosyan, deputat, rus icmasının nümayəndəsi Aleksey Sandıkov və digər rəsmi şəxslər daxil imiş. Bildirilir ki, Marqarita Simonyanın bu təhqirlərindən sonra erməni parlamentinin sədri Alen Simonyan Sandıkovla əlaqə saxlayıb və onun geri qayıtmasını tələb edib. Sandıkov bununla bağlı mediaya açıqlamasında deyib: “Kimin zəng edib geri çağırmasının nə əhəmiyyəti var?”

Əlavə edək ki, forumda Ermənistanı 200-dən çox gənc təmsil edirmiş.

Xatırladaq ki, Marqarita Simonyan Ermənistan hakimiyyəti tərəfindən “arzulanmaz şəxs” elan edilib və Ermənistana səfər edə bilməz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru