Zaxarova ABŞ prezidentinin Konqresdəki çıxışını “Mezozoy postmoderni” adlandırdı

8-03-2024, 19:12           
Zaxarova ABŞ prezidentinin Konqresdəki çıxışını “Mezozoy postmoderni” adlandırdı
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin ABŞ Konqresindəki çıxışını mezozoy postmoderni adlandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Zaxarova Telegram kanalında yazıb.

“Mən Baydenin Konqresdəki çıxışını dinlədim. Bu, bir növ mezozoy postmodernidir. Bayden Putinə üz tutdu və getməyəcəyini söylədi. Və nitqinin sonunda əlavə etdi: “Ağıllı olsaydım, indi gedərdim”. Yəni Bayden, öz sözləri ilə desək, getmir, çünki o, ağıllı deyil”, – o qeyd edib.

Bundan əlavə, rusiyalı diplomat ABŞ prezidentinin dərmanların qiyməti ilə bağlı sözlərinə diqqət çəkib.

“O da dedi ki, ucuz dərman üçün Moskvaya getməlisən. Necə deyərlər, kim nədən danışır. Göründüyü kimi, bizim konsulluq idarəmiz “Rusiyaya səyahət məqsədləri” siyahısına “Baydenin məsləhəti ilə dərman alın” qrafasını əlavə etməli olacaq”, – diplomat əlavə edib.

Bundan əvvəl prezident Co Bayden ABŞ Konqresinin iki palatasının birgə iclasında Birliyin vəziyyəti ilə bağlı çıxış edib.

Bayden Rusiya prezidenti Vladimir Putinə mesajının çox sadə olduğunu deyib: “Biz getməyəcəyik. Biz əyilməyəcəyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.