Ukrayna üçün 6 milyard avro YARDIM

9-03-2024, 07:34           
Ukrayna üçün 6 milyard avro YARDIM
Ukrayna Avropa İttifaqından martda 4,5 milyard avro, apreldə isə daha 1,5 milyard avro məbləğində maliyyə yardımı alacaq. Maliyyə vəsaiti "Ukrayna Facility" proqramının bir hissəsi kimi verilir.

"Unikal" xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Ukraynanın Baş naziri Denis Şmıqalla keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı "Ukrayna Facility" mexanizmi çərçivəsində Ukraynaya 2027-ci ilə qədər 50 milyard avro verəcəyini vəd edib.

“4,5 milyard avro həcmində bu yardımın birinci tranşı martda, ondan az sonra, apreldə isə 1,5 milyard avro gələcək”, - deyə Avropa Komissiyasının vitse-prezidenti qeyd edib.

Xatırladaq ki, fevral ayında keçirilən xüsusi sammit zamanı Avropa İttifaqı ölkələrinin liderləri Ukraynaya 2027-ci ilə qədər 50 milyard avro maliyyə yardımı göstərmək təşəbbüsünü bəyənmişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru