Zelenski Türkiyədə Ukrayna üçün inşa olunan gəmini ziyarət edib VİDEO

9-03-2024, 10:34           
Zelenski Türkiyədə Ukrayna üçün inşa olunan gəmini ziyarət edib VİDEO
Gəminin hərbi və ya mülki olduğunu bilmirəm. Zatən inşa halında olan bir gəmini rahatlıqla hərbiləşdirmək mümkündür. Nəzərə alsaq ki, Türkiyə bu zamanadək Montro Konvensiyasına istinad edərək Qara dənizin “qapılarını” bağlayaraq, Ukrayna savaşında qismi tərəfsizliyini ortaya qoyurdu, onun bu səfər Ukraynaya gəmi inşa etməsi yeni hərbi-strateji cizgiyə qədəm qoymasının da ilk işarəti ola bilər.
Türkiyə Xarici İşlər naziri Hakan Fidanın və MİT başqanı İbrahim Qalının ABŞ-a ziyarəti ərəfəsində Ankaranın bu addımları təsadüfi sayılmamalıdır. Məlumata görə, Türk rəsmilərinin ABŞ-da apardıqları müzakirələrdə masaya yatırılan əsas mövzularından biri də F-16-lar məsələsidir. Bu məsələ təkcə Türkiyənin yeni nəsil F-16-larla təchizatını da ehtiva etmir. Danışıqlarda 16-ların Türkiyədə montaj edilməsi və bəzi mühüm parçalarının istehsalının da müzakirə olunduğuna dair bəzi söyləntilər də var. Hətta Türkiyənin 5-ci nəsil milli təyyarələri üçün də nəzərə tutulan F-110 motorlarının qardaş ölkənin TUSAŞ, yaxud TEI və GE Havacılık şirkətləri tərəfindən istehsal olunmasının belə, danışıqların müzakirə predmetinə çevrilə biləcəyi təxmin olunur. Bu fakt Ukraynaya lazım olan və bəzi Avropa ölkələri tərəfindən alınması ön görülən təyyarələrin Türkiyədə istehsalı ehtimalını ağla gətirir.
Bir sözlə, ABŞ-la çox mühüm razılıqlara gələn Türkiyənin bundan sonra Ukrayna məsələsinə daha çox müdaxilə edəcəyi gözlənilir. Təbii ki, ilk tərcih böyük ehtimalla Putini Haqqa gətirərək sülh yoluna üstünlük verilməsi olacaq. Zelenskinin məhz ABŞ-da davam edən məlum görüş ərəfəsində Türkiyəyə səfəri bu baxımdan təsadüfi deyil. Sözsüz ki, sülh planı alınmasa, B variantına keçilə bilər.
Görünən budur ki, ABŞ Ukraynanı Avropa dövlətlərinin ixtiyarına buraxıb hətta ona lazım olan silahların da bu qitədə istehsalını daha məqbul hesab edir.
Heydər Oğuz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.