Çin və İsveçrə təkid edir: Moskva bu sammitdə olmalıdır

9-03-2024, 16:39           
Çin və İsveçrə təkid edir: Moskva bu sammitdə olmalıdır
Çin və İsveçrə Rusiyanı İsveçrədə keçiriləcək Ukrayna üzrə sülh sammitinə dəvət etməkdə israrlıdır.

Bu barədə “South China Morning Post” mənbələrə istinadən yazıb.

“Danışıqlara yaxın mənbələr bildiriblər ki, iki ölkə sülhə necə nail olmaq barədə “praqmatik” baxışı bölüşür və hər iki tərəfin iştirak etmədiyi format “Potemkin kəndi”nin diplomatik ekvivalentinə çevrilmək riski daşıyır”, - nəşr yazır.

Nəşr qeyd edir ki, nə Bern, nə də Pekin Rusiyanın iştirakı olmadan danışıqlar variantını real görmür.

Eyni zamanda, Aİ ölkələrindən olan mənbələr belə bir planı “uğursuz” adlandırsalar da, qərar qəbul edərkən yenə də Kiyevi rəhbər tutacaqlar.

"Mən Moskvanın gələcəyinə şübhə edirəm. Və bu, seçkilərdən əvvəl (Avropa Parlamentinə - red.) baş verərsə, o zaman Fransa və digər ölkələrdən təzyiqlər olacaq ki, biz Rusiyadan hansısa dərəcədə geriyik kimi təsəvvür yaratmayaq”, - nəşri fransız diplomatın sözlərindən sitat gətirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru