Demokratiya dəyər olmaqdan çıxıb açıq alver və manipulyasiya predmetinə çevrilib.

10-03-2024, 08:03           
Demokratiya dəyər olmaqdan çıxıb açıq alver və manipulyasiya predmetinə çevrilib.
Siyasi motivli həbs olunanların səhhətində olan problemlərlə bağlı ictimai xadimlərin müraciətlərini anlamıram – onlarda xəstəliklər olduğuna görə deyil də, günahsız olduqları üçün sərbəst buraxılmalıdırlar. Ələsgər bəy sağlamlığında olan problemlərə görə yox, fəaliyyətinin qanundan kənar olmadığı üçün azadlıqda olmalıdır. Sabah, Allah eləməmiş, Akif Qurbanovun da sağlamlığında problemlər yaşana bilər, amma o səhhətinə görə deyil, günahsız olduğu üçün azadlıqda olmaqdır.
Bəziləri bizi qınamağa çalışırlar ki, nədən həbs olunanlara həmən azadlıq TƏLƏB etmirsiz, o TƏLƏB sözünü ikiqəpiklik edənlər var ha, onlardan xeyir gəlməz, çünki ciddi adamlar deyil. Siyasi təşkilat, siyasi xadim nəsə TƏLƏB edirsə, bu TƏLƏB yerinə yetirilməyəndə hansısa ƏMƏL də edir. Yəni, kimsə ƏMƏL təklif etmədən, bunu etməyə nəylərisə çatmadan, TƏLƏB irəli sürürsə, onları boş verin, qeyri-ciddi adamlardırlar, hansı sistemdə yaşadığımızı belə anlamırlar.
Ölkənin gedişatı isə heç yaxşı deyil, söhbət tək həbs dalğasının yüksəlməsindən getmir, dünyada ümumi qlobal trend də çox pisdir, artıq demokratiya dəyər olmaqdan çıxıb açıq alver və manipulyasiya predmetinə çevrilib. Ən təhlükəli məqam budur, əvvəl də alver predmeti idi, amma bu qədər iyrənc və açıq şəkildə deyildi...
Natig Cəfərli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru