Almaniya ilə Fransa arasında fikir ayrılıqları dərinləşir - KİV

9-03-2024, 00:14           
Almaniya ilə Fransa arasında fikir ayrılıqları dərinləşir - KİV
Ukraynadakı müharibə Almaniya Kansleri Olaf Şoltsla Fransa Prezidenti Emmanuel Makron arasında inciklik yaradıb.

Bu barədə Le Monde məlumat yayıb.

İki lider arasında fikir ayrılıqları getdikcə dərinləşir. Liderlərin son həftələrdə verdikləri açıqlamalar dövlətlər arasındakı ikitərəfli münasibətlərə zərbə vurub.

“Avropanın Ukraynaya dəstək və Rusiyanın hibrid müharibəsinə qarşı müdafiəsi üçün vahid cəbhə təqdim etməli olduğu bir vaxtda iki ən böyük Avropa dövləti böhran içindədir”, - məlumatda bildirilir.

Almaniyanın ABŞ-dən sonra Ukraynaya dəstək göstərən ikinci, Fransa isə 14-cü ölkə olduğu qeyd olunur.
Makron fevralın sonunda deyib ki, Qərb ordusunun Ukraynaya göndərilməsi mümkündür. Almaniya rəsmiləri, o cümlədən Şolts isə bu fikirlərə görə rəsmi Parisi tənqid edib. Qeyd olunub ki, Almaniya öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru