Ukrayna savaşında kim uduzur, etiraf etsin və... - Papa

10-03-2024, 08:34           
Ukrayna savaşında kim uduzur, etiraf etsin və... - Papa
Ukrayna münaqişəsində uduzan tərəf bunu etiraf etmək üçün özündə cəsarət tapmalı və danışıqlara razı olmalıdır.

Axar.az xəbər verir ki, bunu Roma Papası Fransisk bildirib.

“Bu bir şərhdir. Ancaq mən inanıram ki, vəziyyəti görən, insanları düşünən, ağ bayraq qaldırıb danışıqlar aparmağa cəsarəti olan daha güclüdür", - Papa deyib.

O qeyd edib ki, bu gün beynəlxalq güclərin köməyi ilə danışıqlar aparmaq olar:

"Danışıqlar" sözü cəsarətdir. İşlərin yolunda getmədiyini görəndə cəsarətlə danışıqlar aparmaq lazımdır. Vaxtında danışıqlar aparın, vasitəçi kimi çıxış edəcək hansısa ölkəni axtarın".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru