Fransa müharibə üçün “qollarını çırmaladı”

10-03-2024, 16:04           
Fransa müharibə üçün “qollarını çırmaladı”
Fransa Ukraynaya qoşun yeritməyə hazır olan ölkələrin alyansını yaradır.

“Cebhe.info” xəbər verir ki, bu barədə “Politico” qəzeti yazır.

Nəşr Parisin Qərb qoşunlarının Ukraynaya göndərilməsi ideyasını dəstəkləyən Baltikyanı siyasətçilərin bəyanatlarına istinad edir. Media Estoniya, Litva və Latviyanın digər ölkələrlə müqayisədə “ideyaya daha açıq” olduğunu iddia edir.

Kiyevə “Taurus” qanadlı raketlərinin göndərilməsindən imtina ilə bağlı təzyiqlərə görə “ehtiyatlı” olan Paris və Berlin arasında gərginliyin artdığı vurğulanır. Eyni zamanda, bildirilir ki, Almaniya Ukraynaya Avropanın ən böyük hərbi yardım tədarükçüsüdür.

Məqalədə həmçinin bildirilir ki, bir sıra Qərb ölkələri əvvəllər Fransa prezidenti Emmanuel Makronun təklifinə reaksiya verərək Ukraynaya qoşun yeritmək planlarının olmadığını bildirsələr də, buna baxmayaraq, bəziləri artıq mövqelərini dəyişir: “Məsələn, Polşa”.

Qeyd edək ki, əvvəllər Varşavada NATO qüvvələrinin Ukraynada olması ehtimal sayılırdı. Ölkənin Xarici İşlər Nazirliyi bu variantın müsbət qiymətləndirildiyini və başlanmış müzakirəni təşviq etdiyini bildirib. Eyni zamanda, Estoniyada qoşunların göndərilməsi “müdafiə hərəkətləri” adlanırılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.