Putin məni 10 dəfədən çox öldürməyə cəhd edib – Zelenski

11-03-2024, 10:54           
Putin məni 10 dəfədən çox öldürməyə cəhd edib – Zelenski
Ukrayna prezidenti müharibəl zamanı azı 10 sui-qəsd cəhdindən sağ çıxıb. Eyni zamanda Vladimir Zelenski qeyd edib ki, Ukrayna əsgərləri hər gün həyatlarını riskə atırlar.

Referans.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti İtaliyanın “Rai” telekanalının “Cinque minuti” proqramına müsahibəsində bildirib.

Jurnalist xanım Zelenskiyə “Putin onu neçə dəfə öldürməyə çalışıb” sualını verib.

“10 dəfə deyirlər. Bu, kəşfiyyat və xüsusi xidmət orqanlarının məlumatlarıdır. Düzünü desəm, mən belə düşünmürəm. Mənə elə gəlir ki, Ukraynada hər gün cəbhədə canlarını təhlükəyə atan bütün insanlarımız, hərbçilər var. Dinc Odessada mülki insanlar da hər gün riskə gedirlər”, - Vladimir Zelenski qeyd edib.

Prezidentin sözlərinə görə, o, hər bir ukraynalı ilə eyni vəziyyətdədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.