İrəvandan sərhəd açıqlaması: - “Bəzi ərazilərdən çəkilə bilərik”

11-03-2024, 16:44           
İrəvandan sərhəd açıqlaması: -
Sərhədlərin delimitasiyası elə bir prosesdir ki, bəzi ərazilərdə geri çəkilirsən, bəzilərində irəli gedirsən.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Vaqarşak Akopyan Qazaxın 4 kəndinin Azərbaycana təhvil verilib-verilməyəcəyi ilə bağlı suala cavabında deyib.

“İstənilən proses məntiqi olmalıdır. Ermənistanın razılaşdığı istənilən proses Ermənistanın maraqlarına uyğundur. Dünyada da delimitasiya prosesi müəyyən ərazilərdə irəliləyir, müəyyən ərazilərdə isə geriyə doğru gedir. Bu, təbii bir prosesdir”, - deputat bildirib.

Akopyan Ermənistanla Azərbaycan arasında delimitasiya-demarkasiya müzakirələrinin davam etdiyini da vurğulayıb.

Beləliklə, suala birbaşa cavab verməkdən çəkinən hakim partiyanın üzvü dolayı yolla kəndlərin təhvil veriləcəyini etiraf edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru