“İnsan ətini dadın və bütöv ailələri yandırın!..” - İşğalçı Rusiya əsgərləri üçün təlimat…-FOTO

11-03-2024, 17:14           
“İnsan ətini dadın və bütöv ailələri yandırın!..” -
Rus hərbçilərinə qızları zorlamaq və öldürmək tövsiyə olunur- ən yaxşısı “bütün bölüklə”…
Ukrayna Silahlı Qüvvələrinin əsgərləri smartfonunda müharibədə nə etməli olduğuna dair təlimat olan Rusiya Silahlı Qüvvələrinin əsgərini əsir götürüblər. Moderator.az İsrail mediasına istinadla xəbər verir ki,bu barədə Ukrayna ordusunun 3-cü hücum briqadası komandirinin müavini, “Azov” alayının keçmiş komandiri Maksim Jorin telegram-kanalında danışıb.

“Rusiyalı əsir və onun telefondakı “təlimatları”. İnsani keyfiyyətlərin inkişaf səviyyəsi göz qabağındadır. Hətta telefonsuz da. Bu əclaf istisna deyil. Onların əksəriyyəti belədir – tamamilə prinsipsiz və mədəniyyət əlaməti olmayan”, – Jorin təlimatların foto-sübutunun altında yazıb.
Rus işğalçısı telefonunda müharibədə sınanmalı olan şeylər haqqında təlimat olub. Görün, Kremlin iddia etdiyi kimi, Ukrayna xalqını “azad etməyə” gəlmiş rusiyalılara nə təklif edirlər?
Rusiya Silahlı Qüvvələrinin əsgərlərinə tövsiyə olunan əməllərin siyahısı:
Müharibədə mütləq bu əməlləri etmək lazımdır(əks halda oraya getməyin mənası yoxdur).
-insan ətinin dadına baxın;
-hərbi əsirlərə elə işgəncələr vein ki, ağlayıb rəhm diləsin. Ancaq bunun əvəzinə “yavaş və qorxulu” şəkildə onu
öldürün – diri-diri basdırın və elektrik mişarıyla doğrayın;
-ələ keçirdiyiniz qızları zorlamaq və öldürmək, ən yaxşısı “bütün bölüklə”(“rota”);
-öldürülənlərin evlərindən qənimət toplamaq, yəni başqalarının əmlakını oğurlamaq;
-şəxsən bütün hərbi əsirlərin edamında iştirak edin: “buz çuxurunda boğmaq, süngü ilə deşik-deşik etmək və ya bütöv ailələrlə birlikdə yandırmaq”.
Həmçinin, 3-cü briqada komandirinin müavini smartfonunun təlimatları tapılan hərbi əsiri göstərib. Jorinin sözlərinə görə, ruslar xarici ölkəyə məhz belə planlarla gəlirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.