İrəvanda “İstefası” qışqıracaqlar – Paşinyan üçün

12-03-2024, 07:28           
İrəvanda “İstefası” qışqıracaqlar –
Martın 13-də İrəvanda “Birlikdə” hərəkatının Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinqi keçiriləcək.

Ermənistan KİV-i xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında hərəkatın nümayəndəsi, sabiq baş nazir Qrant Baqratyan məlumat verib.

Onun sözlərinə görə, mitinq İrəvanda yerləşən “Azadlıq” meydanında baş tutacaq.

Q.Baqratyan bildirib ki, hərəkat nümayəndələri vətəndaşları mövcud hakimiyyətə qarşı etiraz aksiyalarına qoşulmağa çağırmaq üçün bir çox mühüm görüşlər keçirib:

“Vətəndaşları tədricən mübarizəyə qaldıracağıq. Xalq bizə qoşulmalıdır. Biz bütün müxalifət qüvvələri ilə əməkdaşlığa açığıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru