HƏMAS Qəzza ilə bağlı danışıqlarda mövqeyini yumşaldıb

14-03-2024, 10:54           
HƏMAS Qəzza ilə bağlı danışıqlarda mövqeyini yumşaldıb
İsrail və radikal HƏMAS hərəkatı arasında vasitəçilər vasitəsilə aparılan danışıqlarda bu həftə irəliləyiş əldə olunub.

Bu barədə “The Times of Israel” qəzeti adı açıqlanmayan yüksək rütbəli ərəb diplomatına istinadən yazıb.

Nəşrin məlumatına görə, Fələstinin radikal qruplaşması Qətərin təzyiqi altında mövqeyini yumşaldıb.

Tərəflər arasındalı danışıqlar dalana dirəndikdən sonra bu həftə onlar arasında israilli girovlar müqabilində Qəzza zolağında atəşkəsin təmin edilməsi üzrə razılaşmalarda əhəmiyyətli irəliləyiş əldə edilib.

Qeyd olunur ki, Doha HƏMAS-a təzyiq göstərib və danışıqlara yanaşma tərzi dəyişməyəcəyi halda qruplaşmanın Qətərdə yaşayan liderlərinin ölkədən qovulacağı ilə bağlı xəbərdarlıq edib.

Hazırda tərəflər Qəzza bölgəsində 150 gündən artıqdır saxlanılan israilli girovların azad edilməsi müqabilində Fələstin anklavında üç mərhələli atəşkəs razılaşmasını müzakirə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru