Suriya Putinin Ukrayna ilə bağlı sülh təklifini yüksək qiymətləndirir

27-06-2024, 10:59           
Suriya Putinin Ukrayna ilə bağlı sülh təklifini yüksək qiymətləndirir
Suriya lideri Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı münaqişənin nizamlanması üçün irəli sürdüyü sülh təklifini yüksək qiymətləndirib.

Əsəd bu fikrini Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevi və onun nümayəndə heyətini Dəməşqdə qəbul edərkən bildirib.

"Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülən sülh təşəbbüsü iki ölkə arasında sülh yolu ilə nizamlanması üçün real əsasdır", -Əsədin ofisindən sitat gətirilib."Qərb və Ukraynanın Rusiyanın bu təşəbbüsündən imtina etməsi faktı onların qana görə mütləq məsuliyyətindən xəbər verir", - Suriya lideri əlavə edib.
P.S. Bu təklifin 10/1 ni özünə qıymayan Əsəd görəsən Ukraynaya bunu necə qıyır?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru