Moskvanın belə sətiraltı iddiaları yeni deyil

27-06-2024, 09:18           
Moskvanın belə sətiraltı iddiaları yeni deyil
Qriqoryanın “Rusiya Qarabağı Azərbaycana qaytardı” açıqlamasının İrəvanın məğlubiyyətə görə günahı Moskvanın üzərinə qoymaq və xarici siyasətdə oriyentasiya dəyişikliyini əsaslandırmaq xəttinin davamı olduğu bəllidir. Rəsmi Bakı İrəvan-Moskva xəttindəki “ritorik müharibədə” motiv kimi Qarabağın istifadə edilməsini cavabsız qoymamalı idi, yüksək səviyyədə cavab verildi də.
Bununla yanaşı, Rusiyaya da müəyyən mesajların çatdırılması zərurəti yaranır. Çünki Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Qriqoryana verdiyi cavab Azərbaycan ictimaiyyətində haqlı narazılığa səbəb oldu. Zaxarova Qriqoryanı “öz əraziləri uğrunda həyatlarını qurban verən erməniləri təhqir etməkdə” ittiham edib və bununla Qarabağın işğalçı ermənilərə “məxsusluğu” iddiasını da irəli sürüb. Moskvanın belə sətiraltı iddiaları yeni deyil, hərçənd, Rusiyadan rəsmi səviyyədə səslənən bu iddialar ikitərəfli münasibətlərdə gərginliyi tətikləyir. Bu situasiya Bakının rəsmi şəkildə Moskvaya cavab verməsi zərurətini yaratsa da, bunun diplomatik kanallarla çatdırılması daha məqbul olardı. Çünki rəsmi cavab İrəvan və Moskva arasındakı hesablaşmanın “ritorik xəttinə” Bakının da qoşulması ilə nəticələnəcək. Ki, bunun Azərbaycana faydası yoxdur. Əvəzində bu cür açıqlamaların qəbuledilməz olduğunu Moskvaya diplomatik kanallarla çatdırmaq olar.
Asif Nerimanli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru