ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı sensasion açıqlama: Obrayen Bakıya gəlir - Əliyevə nə çatdıracaq?

27-06-2024, 15:49           
ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı sensasion açıqlama: Obrayen Bakıya gəlir - Əliyevə nə çatdıracaq?
ABŞ çalışır ki, Mərkəzi Asiyadan mal ixracı Rusiya və Çindən deyil, alternativ yollarla, o cümlədən Azərbaycandan keçsin.

Publika.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen deyib.

Diplomat bu mövzuya Bakıya gözlənilən səfəri kontekstində toxunub.

Obrayen qeyd edib ki, Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına ixrac hazırda yalnız Çin və Rusiya vasitəsilə həyata keçirilir və bunu aradan qaldırmaq üçün Azərbaycanla əməkdaşlıq etmək lazımdır.

“Bir marşrut Gürcüstandan Qara dənizə keçir, digəri isə potensial olaraq daha böyük marşrut Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək və bu səbəblərə görə Azərbaycan və Ermənistan arasında sülh sazişinə ehtiyacımız var”, - diplomat izah edib.

Obrayen əlavə edib ki, səfər zamanı o, Azərbaycan prezidenti İlham Əliyevə "sülhün vaxtının yetişdiyini" çatdıracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru