"KTMT qarşısında heç bir maliyyə öhdəliyimiz yoxdur" - Ermənistan XİN

28-06-2024, 11:54           
"KTMT qarşısında heç bir maliyyə öhdəliyimiz yoxdur" - Ermənistan XİN
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibliyinə təşkilatın 2024-cü il büdcəsini imzalamayacağı barədə rəsmi məlumat verib.

“Report” xəbər verir ki, bu barədə yerli “Factor.am” portalının sorğusuna cavab olaraq Ermənistanın Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

“Ermənistan Respublikası KTMT Katibliyinə KTMT-nin “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarını imzalamaqdan və bu qərarda nəzərdə tutulan təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina edəcəyi barədə rəsmi məlumat verib. Bu səbəbdən də ölkə sözügedən qərarda nəzərdə tutulan maliyyələşdirmə ilə bağlı heç bir öhdəlik götürməyib”, - XİN-dən vurğulanıb.

Xatırladaq ki, daha əvvəl Rusiya XİN KTMT Nizamnaməsinə uyğun olaraq Ermənistanın maliyyə öhdəliklərinin qaldığını bəyan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru