Tramp Putinin Ukraynada sülh üçün şərtlərini qəbuledilməz adlandırıb

28-06-2024, 12:44           
Tramp Putinin Ukraynada sülh üçün şərtlərini qəbuledilməz adlandırıb
Tramp Putinin Ukraynada sülh üçün şərtlərini qəbuledilməz adlandırıbDonald Tramp
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülh üçün irəli sürdüyü şərtləri məqbul hesab etmədiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə o, qarşıdan gələn seçkilərdəki rəqibi, hazırkı prezident Cozef Baydenlə teledebat zamanı deyib.

“Xeyr, onlar qəbuledilməzdir”, – o, jurnalistin müvafiq sualına cavab verib.

“Qulaq as, əgər o, Ukraynaya 200 milyard dollar ayırsaydı, bu, heç vaxt başlamamalı idi. Heç vaxt buna bənzər bir şey olacağını düşünmürəm", – siyasətçi əlavə edib.

Xatırladaq ki, daha öncə Tramp Filadelfiyada (Pensilvaniya) tərəfdarlarının mitinqində söz vermişdi ki, prezident seçkilərində qalib gəlsə, Amerika administrasiyasının rəhbəri vəzifəsinə rəsmən başlamazdan əvvəl də Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru