Le Penin müşaviri Rusiya casusudur? - Fransada qalmaqal qopdu

28-06-2024, 19:22           
Le Penin müşaviri Rusiya casusudur? - Fransada qalmaqal qopdu
Mari Le Penin “Milli İttifaqı” partiyansının müşaviri olan keçmiş modelə görə tənqid olunur.

Publika.az xəbər verir ki, 34 yaşlı Tamara Voloxova Rusiyanın “təsir agenti” olmaqda ittiham edilir. Bu barədə “The Telegraph” yazır.

Le Pen daha əvvəl bildirmişdi ki, hakimiyyətə gələcəyi təqdirdə ikili vətəndaşlığı olan mühacirlərin əsas vəzifələrdə işləməsini qadağan edəcək. İndi Tamara ilə bağlı ittihamlardan sonra partiyada ara qarışıb.

“The Telegraph” yazır ki, Voloxova 2020-ci ildə Fransa vətəndaşı olub, baxmayaraq ki, Fransa kəşfiyyatı onu Rusiya üçün işləyən “təsir agenti” adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru