Bayden-Tramp debatının əsas məqamları

29-06-2024, 12:04           
Bayden-Tramp debatının əsas məqamları
Cümə axşamı Atlanta şəhərində CNN-in ev sahibliyi ilə Prezident Co Bayden və keşmiş Prezident Donald Tramp arasında keçirilən debatda bir sıra əsas məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

Debat çox az məsələrdə razılaşan və çox məsələdə fikir ayrılığı yaşayan iki namizəd arasında təzadlarla dolu oldu. Əsas fikir ayrılıqlarına ABŞ iqtisadiyyatı, reproduktiv hüquqlar, xarici siyasət və demokratiyaya təhdidlər daxil idi.

İnflasiya

Moderator Ceyk Tapperin ilk sualı inflyasiya ilə bağlı idi. O, inflasiyanın bir çox amerikalı seçici üçün əsas məsələ olduğunu bildirdi.

Bayden problemə görə Trampı günahlandırdı və dedi ki, sələfi ona iflasa uyğrayan iqtisadiyyat miras buraxmışdı. “Biz hər şeyi yenidən yerinə qoymalı olduq,” Bayden dedi. Bayden, bir çox amerikalının yüksək xərclərdən əziyyət çəkdiyini etiraf etməklə yanaşı, özünün iqtisadiyyatı idarə etmə şəklini tərifləyərək balans yaratmağa çalışdı.

“Biz inflyasiyanı azaltmaq və insanları rahatlatmaq üçün mübarizə aparmağa davam edəcəyik,” Bayden yekun bəyanatında bildirdi.

Bu arada isə Tramp iqtisadi nailiyyətlərini və COVID-19 pandemiyası ilə mübarizəsini təriflədi. Ancaq iqtisadi ararşdırma onu göstərir ki, Trampın 2017-ci ildə tətbiq etdiyi böyük vergi güzəştləri müəyyən iqtisadi artıma təkan versə də, bu artım Trampın söz verdiyi səviyyədə olmayıb.

May ayında aparılan Qallup rəy sorğusunun nəticələri göstərir ki, təxminən hər 10 amerikalıdan üçü iqtisadiyyatın ölkənin üzləşdiyi ən vacib problem olduğunu deyib, amma ona bir sıra iqtisadi məsələlər də daxil olub.

Abort

Debatda reproduktiv hüquqlar da müzakirə edilib. Tramp abort dərmanlarına çıxışı qadağan etməyəcəyini deyib.

Tramp prezident ikən ABŞ Ali Məhkəməsinə üç hakim təyin edib ki, onlar 2022-ci ildə aborta imkan verən konstitusion hüququ ləğv edən çoxluğu formalaşdırmağa yardım edib. Bu qərar, ölkə boyu bir çox ştatın abortla bağlı məhdudlaşdırıcı qaydalar tətbiq etməsi üçün zəmin yaradıb. Ancaq Tramp debat zamanı zorlama, insest və ya ananın sağlamlığı risk altında olduğu halda aborta qarşı çıxmayacağını dedi. Tramp həmçinin hamiləliyin son dövründə abortlarla bağlı yanlış iddialar irəli sürdü.

Bayden isə, bu arada, reproduktiv hüquqlara güclü dəstəyini bir daha təsdiqlədi və dedi ki, “Mən seçilsəm, Roe v. Wade-i bərpa edəcəm.” O, hamiləliyin son dövründə aborta qarşı olduğunu əlavə etdi.

Rusiya-Ukrayna müharibəsi

Rusiya ordusu 2022-ci ilin fevralında, Baydenin prezidentliyinin ikinci ilində Ukraynaya hərbi müdaxiləyə başladı.

Debat zamanı belə göründü ki, həm Bayden həm də Tramp Rusiya Prezidenti Vladimir Putinin müharibənin başa çatması üçün irəli sürdüyü şərtlərə qarşı çıxır. Amma Tramp bir daha iddia etdi ki, o prezident olduğu halda müharibə heç başlamazdı. O həmçinin Birləşiş Ştlatarın Kyivə verdiyi yardımları da tənqid etdi.

Bayden isə dedi ki, Tramp Birləşmiş Ştatları NATO-dan çıxararaq, müharibənin genişlənmə ehtimalını artıra bilər. Rusiya lideri ilə bağlı isə Bayden “Fakt budur ki, Putin müharibə cinayətkarıdır” dedi.

İsrail-HƏMAS müharibəsi

Biden and Trump also clashed on foreign policy questions surrounding the Israel-Hamas war.

Byaden və Tramp həmçinin İsrail-HƏMAS müharibəsi ilə bağlı xarici siyasətə dair suallara cavablarında toqquşdu.

Tramp Baydenin müharibəni idarə etməsini tənqid etdi və dedi ki, Bayden İsrailin Qəzzada mülki vətəndaşları qorumaq üçün daha çox şey etməsini tələb etdiyinə görə “fələstinli kimi olub.” Tramp həmçinin İsrail Baş naziri Benyamin Netanyahunu da tənqid edib. O, aprel ayında verdiyi müsahibədə deyib ki, o, münaqişəyə səbəb olan HƏMAS-ın 7 oktyabr hücumunun qarşısını almalı idi.

Bayden, administrasiyasının İsrailə bəzi silahları göndərməməsi ilə bağlı tənqidləri rədd etdi. “Biz İsraili ehtiyacı olan bütün silahlarla təmin edirik,” o dedi. Hazırkı prezident həmçinin özünü İsraillə HƏMAS arasında üç-mərhələli atəşkəs təklifini qeyd etdi və indiyədək razılığın əldə olunmamasına görə militant qrupu günahlandırdı.

Tramp isə buna etiraz etdi. “Bunu edən İsraildir. Ona gedib, işini həll etməsinə imkan verməlisən,” o dedi.

Bayden isə “Mən heç vaxt bu qədər səfehlik eşitməmişəm” deyərək cavab verdi.

Qəzzada müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailə hücum edərək, İsrail rəsmilərinin dediyinə görə, 1200 insanı öldürüb, təxminən 250 nəfəri girov götürməsindən sonra başlayıb. Qəzza səhiyyə nazirliyinin məlumatına görə, İsrailin Qəzzaya əks-hücumu nəticəsində, əksəriyyəti mülki şəxs olmaqla, 37 700-dən çox fələstinli öldürülüb.

Demokratiyaya təhlükələr

Baydenin seçki kampaniyasının əsas hissəsi və debat zamanı qaldırdığı əsas mövzulardan biri Trampı Amerika demokratiyasına təhlükə olaraq təqdim etmək olub.

Tramp may ayında səssizliklə bağlı ödənişlə əlaqədar məhkəmə işində 34 ittiham üzrə təqsirli tanınıb və bununla da, tarixdə ilk məhkum edilən əsas partiya namizədi olub. O həmçinin yanarın 6-da ABŞ Kapitolisinə hücumdakı rolu ilə əlaqədar əlavə itithamlarla üzləşir.

“Səhnədə məhkum olunan yeganə insan mənim baxdığım adamdır,” Bayden debat zamanı Trampa işarə edərək dedi. “Səndə küçə pişiyi əxlaqı var,” Bayden daha sonra dedi.

Tramp isə 2020-ci il seçkisinə müdaxilə ilə bağlı yanlış iddialarını təkrarladı və 2021-ci ildə Kapitoliyə hücumun ciddiliyini azaltmağa çalışdı. O həmçinin binanı mühafizə etmək üçün əvvəlcədən Milli Qvardiya qoşunlarının oraya yerləşdirilməsini təklif etdiyini iddia etdi.

Moderator Dana Başın sualına cavab olaraq isə Tramp dedi ki, o, 2024-cü il seçkiləri ədalətli şəkildə aparıldığı təqdirdə onun nəticələrini qəbul edəcək. Ancaq Respublikaçı namizəd bundan əvvəl, bu il Demokratların seçkidə saxtakarlıq edəcəklərini təkid edib və onun qalib gəlmədiyi hər hansı bir seçkinin saxtalaşdırılmış ola biləcəyini bildirib












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.