ABŞ Çin və Rusiya arasında münasibətlərə müdaxiləni dayandırmalıdır - XİN

29-06-2024, 15:58           
ABŞ Çin və Rusiya arasında münasibətlərə müdaxiləni dayandırmalıdır - XİN
Nazir müavini həmçinin qeyd edib ki, Çin ABŞ-ın qeyri-qanuni birtərəfli sanksiyalar tətbiqinə və ekstraterritorial yurisdiksiyalardan istifadəsinə qəti şəkildə qarşıdır.
Çin xarici işlər nazirinin müavini Mao Çjaosyuy ABŞ dövlət katibinin müavini Kurt Kempbellə deyib ki, Birləşmiş Ştatlar Çin və Rusiya arasında normal ticarət və iqtisadi qarşılıqlı fəaliyyətə mane olmağı dayandırmalıdır. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin cümə günü keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Mao Çjaosyuy və Kempbell arasında telefon danışığı olub, onlar Çin-ABŞ münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.
"Çinin Ukrayna məsələsində mövqeyi obyektiv və ədalətlidir, Birləşmiş Ştatlar Çini əsassız yerə böhtan atmağı, məsuliyyətdən qaçmağı, Çin və Rusiya arasında normal ticarət və iqtisadi münasibətlərə mane olmağı dayandırmalıdır", - Mao Nin telefon danışığından sitat gətirib.
Nazir müavini həmçinin qeyd edib ki, Çin ABŞ-ın qeyri-qanuni birtərəfli sanksiyalar tətbiqinə və ekstraterritorial yurisdiksiyalardan istifadəsinə qəti şəkildə qarşıdır və Pekin Çinin fiziki və hüquqi şəxslərinin qanuni hüquq və mənafelərini qətiyyətlə qoruyacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.