Dünya miqyasında “sol-liberal” (əsl liberalizmdəm çox uzaq olan dəstə) nüfuz və təsirini itirir-itirəcək.

1-07-2024, 00:08           
Dünya miqyasında “sol-liberal” (əsl liberalizmdəm çox uzaq olan dəstə) nüfuz və təsirini itirir-itirəcək.
CNN Demokratların “qalasıdır”, Tramp və Bayden arasında debat məhz Demokratların “stadionunda” baş tutdu. Jurnalistlərin “ani-Tramp” olması, CNN-nin studiyası, Baydenə kömək olmadı.
Elə CNN-nin özünün apardığı sorğuya görə 67% respondentlər Trampın qələbə qazandığını söyləyiblər. Respublikaçılara yaxın mediada aparılan sorğularda Trampın üstünlüyü daha çoxdur.
Fövqaladə nəsə baş verməsə noyabrda Tramp qələbə qazanacaq, Avropada sağ, sağ-mərkəz seçkiləri udur-udacaq, dünya miqyasında “sol-liberal” (əsl liberalizmdəm çox uzaq olan dəstə) nüfuz və təsirini itirir-itirəcək. Bu isə dünyada yeni qaydalar, yeni baxış, yeni diskurs yaranır – Azərbaycan olaraq bu diskursda yoxuq, amma olmalıyıq, olacağıq da, bunu indidən anlamalı, yolumuzu-izimizi indidən doğru seçməyi bacarmalıyıq. Dünyada “sol-liberal”, və ya “psevdo-liberal” gündəlik zəifləyir, biz isə bu gündəliyin içindəyik (diskursun içində olmadan – qəribə vəziyyətdir).
Yeni dünya düzəninə hazırlaşmaq lazımdır, maraqlı dövr gəlir...
Natig Jafarli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru