Fransada seçkinin ilkin nəticələri elan edildikdən dərhal sonra etirazlar başlayıb

1-07-2024, 11:38           
Fransada seçkinin ilkin nəticələri elan edildikdən dərhal sonra etirazlar başlayıb
Fransanın paytaxtı Parisdə parlament seçkisinin ilk nəticələrinin elan edilməsindən dərhal sonra nümayişlər başlayıb.

Bu barədə Fransa KİV məlumat yayıb.

Qeyd olunur ki, polislə nümayişçilər arasında əsas toqquşma paytaxtdakı Respublika Meydanında baş verib. Əraziyə polis əməkdaşları göndəriliblər.

Nümayiş əvvəlcə sakit keçib, iştirakçılar səsvermənin nəticələrindən narazılıqlarını ifadə edərək antifaşist şüarlar səsləndiriblər. Sonra onlara hərəkatın radikal gəncləri qoşulublar. Onlar atəşfəşanlığa və məşəl yandırmağa, daha sonra kafelərin vitrinlərini dağıtmağa və zibil qutularını yandırmağa başlayıblar.

Polis buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru