Türkiyə - Suriya olaylarına sőzardı....

3-07-2024, 11:58           
Türkiyə - Suriya olaylarına sőzardı....
Dünən baş verən proseslərdən sonra bu gün əldə olunan məlumatlar və tərəflərdən gələn açıqlamalar bir daha onu sübut etdi ki, bundan əvvəlki dünən yazdığım statusumda da bildirdiyim kimi, bu bőyük bir təxribatdır, əvvəldən planlaşdırılıb və maraqlı qüvvələrin burada pərdəarxası iştirakı var.
Ciddi, eyni zamanda düşünüləsi məqam nədir: Bildirildiyinə gőrə, proseslərə təkan verən hadisə - Kayseridə baş verən təcavüzlə bağlı türk sosial şəbəkə istifadəçiləri arasında yayılan məlumatda 6 yaşlı azyaşlının türk olduğu yalanı, Suriyada isə əksinə təcavüzkarın türk, zərərçəkənin suriyalı uşaq olduğu haqda təxribat paylaşılıb. Və bununla da hər iki tərəfdə proses başlayıb.
Türkiyəyə faktiki olaraq hibrid savaşın elementi tətbiq edilib və burada əsas silah məhz sosial media olub! Bu bir daha onu sübit edir ki, sosail media olduqca ciddi təsir gücünə çevrilməkdədir və informasiya müharibəsində, hibrid savaşda o olduqca ciddi, hətta dağıdıcı gücə malik alət olaraq qalır...
Vuqar Ziferoglu
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.