Yuliya Navalnaya insan haqlarının müdafiəsi fondunun sədri seçilib

3-07-2024, 15:14           
Yuliya Navalnaya insan haqlarının müdafiəsi fondunun sədri seçilib
Beynəlxalq insan haqları təşkilatı Human Rights Foundation (HRF) Yuliya Navalnayanın fonda yeni sədr təyin olunduğunu bəyan edib. Fondun mətbuata açıqlamasında rusiyalı müxalifət lideri Aleksey Navalnının dul həyat yoldaşının bu vəzifədə Qarri Kasparovu əvəz edəcəyi deyilib.⁣

Gununsesi.info xəbər verir ki, Navalnaya açıqlamasında “Diktaturaların bizim sevdiklərimiz və bütövlükdə dünya üçün yaratdığı təhlükənin şəxsən şahidi olmuşam və İnsan Haqları Fondunun sədri vəzifəsini üzərimə götürməkdən şərəf duyuram” deyib.⁣

O, həmçinin qeyd edib ki, indiki çətin dövrdə fundamental hüquq və azadlıqların qorunması hər zamankından daha vacibdir.⁣

Kasparov fonda 2012-ci ildən rəhbərlik edib.⁣

2005-ci ildə əsası qoyulan və Nyu-Yorkda yerləşən İnsan Haqları Fondu bütün dünyada insan hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-kommersiya təşkilatıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.