Nikki Heylinin seçiciləri ABŞ prezident seçkilərinin nəticəsini müəyyən edə bilər

3-07-2024, 16:14           
Nikki Heylinin seçiciləri ABŞ prezident seçkilərinin nəticəsini müəyyən edə bilər
Cənubi Karolina ştatının sabiq qubernatoru və Trampın prezidentliyi müddətində ABŞ-ın BMT-dəki səfiri olmuş Nikki Heyli Respublikaçılar arasında prezidentliyə namizədlik yarışından bir neçə ay öncə çəkilsə də, dəstək cəlb etməyə davam edir.

Prezidentlik yarışında iştirakını dayandırmasından təxminən üç ay sonra ABŞ-ın BMT-dəki sabiq səfiri Nikki Heyli noyabr ayında sabiq prezident Donald Trampa səs verəcəyini bəyan etdi.

Hikki Heyli, Respublikaçılar partiyasının sabiq prezidentliyə namizədi:“Bayden faciə idi. Ona görə də Trampa səs verəcəm.”

Amma onun dəstəkçiləri mütləq şəkildə bu addımı təkrarlamaq haqda düşünmürlər. Mart ayında Emerson Kollecinin keçirdiyi sorğu Heylinin seçicilərinin üçdə ikisinin Baydenə səs verməyə meylli olduğunu göstərib. Digər sorğu Heylinin seçicilərinin yarısının Trampa səs verməyəcəyini deyir.

Kris, Heyli dəstəkçisi: “Heylinin yarışda qalması üçün kifayət qədər səs toplamaması məni məyus etdi. Trampın pərəstişkarı deyiləm. Respublikaçılar partiyası üçün narahatam.”

Con Sulkovski, Heyli dəstəkçisi: “Trampla Bayden arasında seçki mənə qəbuledilən seçim vermir. Mən heç birinin gələn il Ağ Evdə olmasını istəmirəm.”

Cennifer Mayser, Heyli dəstəkçisi: “Hər ikisindən narazıyam. Doğrudur, Trampa səs vermişəm. İndi də yəqin ki, eyni cür edərəm.”

Heyli deyir ki, seçicilərinə diqqət göstərilməlidir.

Hikki Heyli, Respublikaçılar partiyasının sabiq prezidentliyə namizədi “Tramp mənə səs verən və məni dəstəkləməyə davam edən milyonlarla insana səslənsə ağıllı addım atmış olar. Onların səslərinə arxayın olmamalıdır.”

Heylinin dəstəkçilərinin rəqabətli ştatlarda nəticəni müəyyən etmək potensialı var. Aprel ayında Pensilvaniyada keçirilən praymerizdə Heyli həftələr öncə seçki yarışından çəkilməsinə baxmayaraq, imkanlı şəhər kənarı ərazilərdə Respublikaçı seçicilərinin dörddə birinin səsini qazandı. 2020 seçkilərində şəhər kənarında yaşayanların nəticələrə təsiri böyük olub.

Heyli Arizona, Corciya, Miçiqan, Şimali Karolina və Viskonsin kimi rəqabətli ştatlarda əhəmiyyətli dəstək qazanıb.

Dante Skala, Nyu Hempşir Universiteti: “İmkanlı və savadlı Respublikaçı seçicilər arasında Nikki Heyliyə dəstək yüksəkdir. Düşünürəm ki, bura partiya mənsubiyyəti olmayanlar da daxildir. Mən onların səslərinin əsas seçkidə həllədici ola biləcəyini düşünürəm”

Reklamdan parça:

- Heylinin seçicilərini necə cəlb edəcəksiniz?
- Onların əksəriyyətinə ehtiyac duyduğumuza əmin deyiləm.

Baydenin kampaniyası fəal şəkildə Heylinin dəstəkçilərinin səsini bu cür reklamlarla qazanmağa çalışır. Bu, Trampa qarşı olan Respublikaçıların cəlb edilməsi istiqamətində Beyden strategiyasının bir hissəsidir.

Larri Sabato, Virciniya Universiteti: “Tramp Heylinin səslərini cəlb etməkdə çətinlik çəkəcək. Bunu Respublikaçı səslər adlandıra biləcəyimizə əmin deyiləm. Amma Tramp Heylinin səslərinin böyük hissəsinə ehtiyac duyur.”

Həlilik Tramp kampaniyası tərəfindən Respublikaçıların praymerizlərdə Heyliyə səs verənlərinin dəstəyini qazanmaq üçün dayanıqlı bir təşəbbüs müşahidə edilməyib. Seçki günündə həmin dəstəkçilərin fərqi müəyyən edəcək gücə malik olmaqlarına baxmayaraq.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.