Rusiyaya zərbə endirməyə icazə verilməlidir - Polkovnik

28-07-2024, 15:18           
Rusiyaya zərbə endirməyə icazə verilməlidir - Polkovnik
Ukraynaya Rusiyaya uzaqmənzilli raketlərlə hücum etmək icazəsinin verilməsi təcavüzkar ölkənin hərbi əməliyyatlar aparmaq imkanlarına ciddi təsir göstərəcək.

Axar.az xəbər verir ki, bunu Böyük Britaniya ordusunun istefada olan polkovniki Hamiş de Bretton-Qordon deyib.

O qeyd edib ki, indiyə qədər Böyük Britaniyanın Baş naziri Keyr Starmer ABŞ və qismən də Fransadan nümunə götürür. Məlum olduğu kimi, Vaşinqton və Paris Ukraynaya verilən silahların istifadəsini məhdudlaşdırır.

Onun fikrincə, Starmer cəsarətli olmalı və Ukraynaya Rusiya ərazisindəki hədəfləri vurmaq üçün uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru