ABŞ-ın artan fəallığına cavab... - Putin

28-07-2024, 16:34           
ABŞ-ın artan fəallığına cavab... - Putin
Ağ Ev Rusiyanın strateji aviasiya uçuşları ilə bağlı gərginliyi artırır, lakin bu tədbir Asiya-Sakit okean regionunda təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulub və ABŞ-ın strateji və kəşfiyyat aviasiyasının dünyanın Rusiya üçün həssas bölgələrində artan fəallığına cavabdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Bu gün diqqətimizi Rusiya strateji aviasiyasının uçuşları ilə bağlı Vaşinqton tərəfindən artan gərginliyə cəlb edirik. Bununla bağlı xatırlatmaq istəyirəm ki, SSRİ dağılandan bəri Rusiyanın strateji raketdaşıyıcıları sərhədlərimizdən uzaqlarda hava patrulları həyata keçirməyib. Rusiya o zaman inanırdı ki, artıq buna ehtiyac yoxdur: dünya dəyişib, soyuq müharibə keçmişdə qaldı. Lakin ABŞ bu birtərəfli xoşməramlı jestə cavab vermədi və sərhədlərimizi patrul etməyə davam etdi”, - Putin bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru