Erməni türkoloqdan sensasion AÇIQLAMA: “İlin sonunadək...”

28-07-2024, 16:44           
Erməni türkoloqdan sensasion AÇIQLAMA: “İlin sonunadək...”
Regionda (zəlzələnin episentri Livandadır) yeni müharibənin əlamətləri görünür, bu, şübhəsiz ki, Cənubi Qafqaza da təsir edəcək.

Bizim.Media erməni mediasına istinadən xəbər verir ki, bu barədə türkoloq Varujan Qeqamyan öz Facebook səhifəsində yazıb.

“Türkiyə Azərbaycan vasitəsilə “Zəngəzur dəhlizi”nin açılması üçün diplomatik və hərbi təzyiqləri artırır. Onların cədvəlinə uyğun olaraq, yaxın bir neçə ayda (ilin sonuna qədər) buna nail olmağa çalışmalıdırlar.

Rusiya-Türkiyə münasibətlərində gərginliyə gedə biləcək dərəcədə soyuma var. Bu ilin payızında Gürcüstanda qaynar geosiyasi döyüş gözlənilir: parlament seçkiləri təkcə seçkilərlə məhdudlaşmayacaq.

Bunların hamısı Ermənistan üçün partlayıcıdır. Lakin hamısına biganə yanaşılır”,- deyə erməni ekspert qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru