Zelenski: “Noyabrın sonunadək sülhlə bağlı fəaliyyət planı hazırlanacaq”

29-07-2024, 10:08           
Zelenski: “Noyabrın sonunadək sülhlə bağlı fəaliyyət planı hazırlanacaq”
“Noyabrın sonuna qədər rəsmi Kiyev sülhə nail olmaq üçün fəaliyyət planı hazırlayacaq”.

Demokrat.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın NHK telekanalına müsahibəsində söyləyib.

Zelenskinin sözlərinə görə, Kiyev ərazi bütövlüyü məsələlərində müvafiq ölkələrlə ətraflı müzakirələrə başlayacaq. Bundan əlavə, noyabrın sonuna kimi sülh fəaliyyət planı yaradılacaq.

Zelenski Rusiyanın Ukrayna ərazilərini işğal altında saxladığı bir vaxtda atəşkəs çağırışlarına cavab verə bilməyəcəyini də vurğulayıb.

Prezidentin sözlərinə görə, müharibənin ədalətli başa çatması səbir, dəstək və diplomatik təzyiq tələb edir.

“ABŞ və Avropa ölkələri birliyi qoruyarsa, bu, təzyiqləri artıracaq və Moskvaya şansının olmadığını göstərəcək”, - deyə Zelenski əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru