Zelenski Trampdan üzr istəyəcək? - Özü danışdı

4-03-2025, 08:38           
Zelenski Trampdan üzr istəyəcək? - Özü danışdı
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyada dünya liderləri ilə görüşlərdən sonra Londonda jurnalistlərin suallarını cavablandırıb

BBC xəbər verir ki, o, ölkəsinin mübariz ruhunu qoruyub saxlamalı olduğunu vurğulayıb.

"Əgər ruh yüksəkliyimizi itirsək, hər kəsi yarı yolda qoyarıq", – deyə Zelenski bildirib.

O, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makronun Ukraynada atəşkəsə nail olmaq üçün hazırladıqları dörd mərhələli sülh planını müsbət dəyərləndirib. Lakin o, kompromis olmadan müharibəni bitirməyin çətin olduğunu vurğulayıb.

"Azadlıqlarımız və dəyərlərimiz satılmır", - deyən Zelenski Ukraynanın prinsipial mövqeyindən geri çəkilməyəcəyini bildirib. Bununla belə, ölkəsinin faydalı qazıntılar sahəsində razılaşmalar imzalamağa hazır olduğunu vurğulayıb.

Ukrayna lideri ABŞ və digər müttəfiq ölkələrə dəstəyə görə bir daha təşəkkür edib. O qeyd edib ki, dünya liderləri ilə açıq görüşlərdən əlavə, qapalı müzakirələr də aparılır və bu proseslər müharibənin gələcək gedişatında mühüm rol oynayır.

BBC diqqətə çatdırıb ki, Zelenskinin Trampdan üzr istəmək və ya Oval kabinetdə baş verənlərlə bağlı təəssüfünü ifadə etmək niyyəti yoxdur.

Zelenski vurğulayıb ki, Ağ Evə getmək üçün on saatdan çox vaxt sərf edib və onun səfəri özlüyündə hörmət əlaməti olub. O, həmçinin “heç kəsi təhqir etmədiyini” və Oval kabinetdə yaranan mübahisənin heç bir tərəf üçün müsbət olmadığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru