İran prezidenti ABŞ məsələsində ali dini liderə təzyiq edib

12-04-2025, 11:34           
İran prezidenti ABŞ məsələsində ali dini liderə təzyiq edib
Prezident Məsud Pezeşkian İranın ali dini lideri Əli Xamneyiyə ABŞ- la danışıqlara icazə verməsi üçün təzyiq edib.

Bu barədə New York Times məlumat yayıb.

Məqalədə bildirilir ki, Pezeşkian məhkəmə hakimiyyəti və parlament rəhbərləri ilə birlikdə ABŞ-la danışıqlar məsələsində İranın ali dini lideri Əli Xamenei ilə məsləhətləşib. Rəsmilər ABŞ və İsraillə münaqişə təhlükəsindən, habelə danışıqlardan imtina ediləcəyi təqdirdə İranın əsas nüvə obyektlərinə zərbələrin qaçılmazlığından danışıblar.

İran və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin birinci raundu aprelin 12-də baş tutacaq. İran tərəfinin bəyanatlarına görə, danışıqlar birbaşa deyil, Maskatın vasitəçiliyi ilə aparılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru